NİYƏ KİTAB OXUMALIYIQ?

Bu videodan kitab oxumağın niyə vacib olduğu ilə bağlı məlumatlar əldə edəcəksiz.

Bazar gününün səhəri başıma gələn kiçik bir hadisəni xatırlayıram. Yerlərində sakitcə oturan sərnişinlərdən kimisi qəzet oxuyurdu, kimisi fikrə dalmış, kimisi də gözlərini yumub mürgüləyirdi. Hər tərəfdə sakitlik vardı…
…Birdən vaqona bir kişi girdi, yanında da uşaqları.Uşaqlar qışqırır, ədəbsiz hərəkətlər edirdilər. Bir anda vaqondakı səhər əhvali-ruhiyyəsi korlandı.
Kişi lap yanımda oturdu, gözlərini də yumdu. Baş verənləri açıq-aşkar görməzliyə vurdu. Uşaqlar çığırışır, oyana-buyana dartınır, əllərindəkiləri tullayır, hətta sərnişinlərin əlindəki qəzetə əl atırdılar. Biabırçılıq idi. Amma böyrümdə oturan kişi heç bunlara məhəl qoymurdu.

Sərnişinlərin hamısı, demək olar ki, qəzəbli idi.Hirs məni boğurdu. İnana bilmirdim – adam nə qədər hissiz-duyğusuz olmalıdır ki, belə şeyə məhəl qoymasın, özünü elə aparsın ki, guya heç nə baş vermir.
Nəhayət özümü toparladım Vəə

Vəə Siz Olsaydınız Nə Edərdiz?
A) Uşaqlara Belə Tərbiyə Verilməsi Düzgün Deyil. Nə Olursa-Olsun İnsanları Narahat Etməməlidirlər. Kişiyə İradımı Bildirərdim, Belə Uşaq Böyütmürlər.
B) Heç Nə Deməzdim, Uşaqlar Mənə Dəysələr, Onlara Dalaşardım. Vəziyyət Yaxşı Olmasa, Vaqonu Tərk Edərdim.
C) Uşaq Yetişdirmək Hər Kəsin İşi Deyil, Kişiyə Başa Salardım Ki, Cəmiyyətə Yararlı İnsanlar Yetişdirmək Lazımdır.
D) Uşaqlara Çox Bərk Dalaşardım. İctimai Yerdə Etik Qaydaları Pozmaq Olmaz Deyə Başa Salardım.
E) Uşaqları Başa Salardım, Düzgün Etmədiklərini Bildirərdim. Onlara Qayğı İlə Yanaşardım.
F) Sizin Variantınız.
Əgər bu sorğuda iştirak etməmisizsə, videonu saxlayaraq nəticədən qorxmayaraq fikir bildirə bilərsiz.
Siz Olsaydız Nə Eliyərdiz?
Videonun Sonunda Hadisənin Necə Sonlandığını Biləcəksiz.
Ancaq Nə Olursa, Olsun Bir Az Cəsarətli Olun, Videonun Sonuna Keçmədən Öz Fikrinizi Bölüşməkdən Çəkinməyin.

KİTAB LİNKLƏRİ

Bu linklər son günlərdə müxtəlif yerlərdə qarşıma çıxıb. Hədsiz dərəcədə çox lazımlı kitablardır. Seçim çox olduğuna görə bir az qorxub oxumağı ertələyə bilərik, amma gündə ən azından 10 dəq. vaxt ayıraraq hər hansısa birindən başlamaq olar. 10 dəq. ilə nə olar deməyin, hər hansısa bir günü oxumamaqdansa, hər gün 10 dəq. oxumaq daha faydalı olar. İnsan çox seçim olanda qərar verə bilmir, hətta daha çoxunu etmək istəyir. Ancaq çalışın o böyük hədəfləri xırdalayın, az da olsa, bir yerdən başlayın. Az çoxdan daha artığıdır.
Bir-bir baxmamışam, 10 mindən çox kitab olar. Bu isə 10 mindən çox təcrübəli insan həyatı deməkdir. Mən səhv edərək yaşayıb öyrənmək istəyirəm deməyin, başqalarının səhvlərindən də nəticə çıxara bilərik 🙂
1) 4000 PDF KİTAB https://bit.ly/3bz3Zgh
2) 5000 PDF KİTAB https://bit.ly/2QJyJTN
3) PDF KİTABLAR https://bit.ly/2UjVEqW
4) AZƏRBAYCAN DİLİNDƏ PDF-LƏR https://bit.ly/3bvFvUW
5) 40 GB PDF https://bit.ly/2JiYndV